Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
Trend-in məlumatına görə, bunu Yaponiyanın baş naziri Sindze Abe deyib.
Qeyd edək ki, bundan əvvəl 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi ləğv edilmişdi.
Bu gündən isə qalan 5 prefekturada (Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo) bu rejim ləğv ediləcək.