Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə rejim ləğv edildi

Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Trend-in məlumatına görə, bunu Yaponiyanın baş naziri Sindze Abe deyib.

Qeyd edək ki, bundan əvvəl 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi ləğv edilmişdi.

Bu gündən isə qalan 5 prefekturada (Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo) bu rejim ləğv ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Nazir canlı yayımda olduğu zaman zəlzələ baş verib

Sonrakı məqalə

Teledərslərin sabah üçün cədvəli açıqlandı