Tokionun mərkəzindəki “Nippon Budokan” idman və konsert mərkəzində Yaponiyanın sui-qəsd nəticəsində həyatını itirən keçmiş Baş naziri Sindzo Abenin dövlət dəfn mərasimi keçirilir.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Siyasətçi ilə vidalaşmağa 4 mindən çox insan, o cümlədən 700-ə yaxın xarici nümayəndə gəlib.
Yaponiya hökuməti Abenin dövlət dəfn mərasimi üçün 9,97 milyon dollar ayırdığını açıqlayıb.
Sindzo Abe iyulun 8-də öldürülüb. Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən 41 yaşlı yapon Tetsuya Yamaqami olduğu üzə çıxıb.
Azpost.info
