Yaponiyada zəlzələ qurbanlarının sayı 126 nəfərə çatıb

1082530612_0_0_3072_1728_1920x0_80_0_0_5024b2bd753d7497d0eea7dd84a224f8

Yaponiyada zəlzələ qurbanlarının sayı 126 nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS Yaponiyanın regional hakimiyyət orqanlarının dərc etdiyi məlumatlara istinadən yazıb.

Təbii fəlakət nəticəsində yaralanan yaponların sayı 516 nəfərdir, 222 nəfər itkin düşmüş hesab olunur.

Zəlzələ ən çox İşikava prefekturasına ziyan vurub. Burada 250-dən çox ev dağılıb, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Bölgədə elektrik və suyun verilməsində fasilələr davam edir, həmçininə yanacaq problemi yaşanır.

Azpost.info