Yaponiyanın Baş naziri Şinzo Abe istefasının səbəbini açıqlayıb

28 Avqust 2020 - 12:07

Yaponiyanın Baş naziri Şinzo Abe hakim Liberal Demokrat Partiyasının iclasında istefa vermək niyyətini açıqlayıb.

“Kyodo” agentliyinin verdiyi məlumata görə, o bildirib ki, bu qərarı səhhətinin pisləşməsinin partiyaya təsirini minimuma endirmək məqsədilə verir.

“Xəstəliyə görə düzgün qərarlar verə bilməyəcəyəm”, – deyə Abe qeyd edib.

Mənbələr bildirib ki, Abe Baş nazir vəzifəsini növbəti lider seçilənə qədər icra edəcək.