Yaponiyanın Baş naziri Şinzo Abe rəsmən istefa verdiyini elan edib

Yaponiyanın Baş naziri Şinzo Abe rəsmi şəkildə istefasını elan edib.

Şinzo Abe bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, xəstəxanada son yoxlamalardan sonra bu barədə qərar verib.

Şinzo Abe deyib ki, xəstəliyi şiddətlənib və müalicəsi davam edir: “Mən öz məsuliyyətimi bilirəm və yeni Baş nazir təsdiqlənənə qədər vəzifəmi icra edəcəyəm”.

O, həyata keçirmək istədiyi bir sıra vacib işləri başa çatdıra bilməməsindən dərin təəssüf hissi keçirdiyini söyləyib. 

Qeyd edək ki Şinzo Abe 2012-ci ildən Baş nazir postundadır. O, ölkənin ən uzun müddət xidmət edən Baş naziridir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna Avropa İttifaqının Belarusa qarşı sanksiyalarına qoşula bilər

Sonrakı məqalə

Koronavirusdan sağalmış şəxs ona ikinci dəfə yoluxa bilər –