Yaponiyanın Baş naziri Fumio Kisida Ukraynaya səfər edib.
TASS-ın məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Fumio Kisidanın Ukraynaya səfər etdiyini təsdiqləyib.
Səfərin detalları barədə məlumat verilməyib.
Bundan əvvəl NHK telekanalı Baş nazirin Polşa-Ukrayna sərhədində Pşemısl dəmir yolu vağzalında qatara əyləşməsinə dair gönüntü yayıb. Yerli vaxtla saat 01.30 radələrində qatarla Kiyevə yola düşən Fumio Kisidanın 10 saat sonra Kiyevə çatacağı və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyi gözlənilir.
Bu, Ukraynada müharibə başlayandan sonra Yaponiya Baş nazirinin bu ölkəyə ilk səfəridir.