Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkimlər gəlib

11 Sentyabr 2021 - 10:57

“Yaqub Zurufçunun vəziyyəti dəyişməyib, stabil olaraq qalır, tibbi göstəriciləri sabitdir”.

Bunu APA-ya açıqlamasında Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, Y.Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib: “Onlar bir neçə saatdan bir müayinə edir, konsilium keçirirlər. Yoldaşımın səhhəti barədə bizi də məlumatlandırırlar”.

Qeyd edək ki, koronavirusa yoluxan Y.Zurufçu “Yeni klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.