Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır –

"Yeni Klinika"
10 Sentyabr 2021 - 13:59

“Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir”.

Bu barədə APA-ya “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

O qeyd edib ki, sənətçi qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir: “Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”.