Yardım kampaniyası davam edir-FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarına “koronavirus pandemiyası şəraitində” yardım layihəsi üzrə əfqanlara ərzaq məhsulları və tibbi ləvazimatlar paylanılıb.

Təşkilatın sədri Nazlı Zeynalova pandemiya dövründə belə yardımın sonuncu olmadığını bildirib: ” Pandemiya dövründə işləməyən, təcrid şəraitində yaşayan və heç yerdən qacancı olmayan şəxslərin qayğısına qalmaq xalqımıza məxsus xüsusiyyətdir. Bu insanların nə kömək istəməyə yaxın adamları, nə də üz tutacaqları tanışları var. Əvvəlki yardımlarımlaırımızla bağlı BMT QAK xüsusi klip hazırlamış və onu bütün dünyada yaymışdır. Qeyd edim ki, əfqan qaçqınları Azərbaycan dilini yaxşı bilmədikləri üçün pandemiya ilə bağlı verilən qərarlarla tanış ola, təcrid şəraitində necə icazə almaq və necə davranmaq lazım olduğunu bilmirlər. Biz onlara bu qaydaları izah edirik. Onlar özləri də bizdən öyrəndiklərini digər qaçqınlara çatdırırlar”.

Budəfəki yardım kampaniyasında 25 qaçqın ailəsinə yardım göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 6871 müəllim iş yerini dəyişmək istəyir

Sonrakı məqalə

İcazəsiz hərəkət edən avtomobillər aşkarlanıb –