Yasamalda avtomobilə atəş açıldı, maşın dərədən aşdı –

FOTO
12 Aprel 2021 - 09:32

Bakının Yasamal rayonunda silahlı insident baş verib.

Hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı “Chevrolet” markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib. (APA)