Yasamalda bu yol buz bağlayıb, hərəkət çətinləşib –AÇIQLAMA

Hazırda paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb, yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzPost bildirir ki, bu barədə DİN-dən bildirilib.
Hərəkətin bərpası və təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Sürücülərdən diqqətli olmaları, sürət həddini minimuma endirmələri və qeyd olunan istiqamətdə mümkün alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.