Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qubada “EKO-BREYN” keçirilib –

User 25 Oktyabr 2024 - 20:10 (Last updated: 21 May 2025 - 20:15)
ya01

Quba rayon Zərdabi qəsəbə tam orta məktəbində təşkil olunan yarışda Quba Zərdabi, Barlı qəsəbələrindən, Əliməmmədoba, Hacıhüseynli, Qımılqışlaq, Alpan, Digah və Amsar kəndlərindən və Quba şəhərinin müxtəılif ümumtəhsil məktəblərindən olan 80 nəfər yeniyetmə və gənc 16 komanda tərkibində mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd ekoloji biliklərin, Azərbaycan coğrafiyasının, flora və faunasının gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Quba rayonunun Qımılqışlaq kəndini təmsil edən “Qımılqışlaq” komandası qazanıb. Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin “Carpe Diem” komandası ikinci, Hacıhüseynli kənd tam orta məktəbinin “Turan” komandası üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “EKO-BREYN” – yaşıl yurdum festivalı adlı layihə çərçivəsində bu günə qədər Xaçmaz və Qusar rayonlarında da seçim turları.keçirilib. Hər bir seçim turunun qalib və mükafatçıları, eləcə də mükafatçılar sırasına düşməyən yüksək bal toplayan ümumilikdə 11 komanda Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.

 

Post navigation

Previous: Gürcüstanda sabah ilk dəfə proprosional sistem üzrə seçkilər keçiriləcək
Next: Babək prospektində obyektdə yanğın söndürülüb, yolda məhdudiyyət aradan qaldırılıb

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.