Bu gün koronavirusu müalicə edən dərman yoxdur”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Qarayeva deyib ki, buna görə də maska və sosial məsafə ilə bağlı tələblərə riayət edilməlidir: “Maska taxılması artıq yeni həyat tərzimiz olmalıdır. Bu, insanların özünü qoruması üçün vacibdir. Hər bir insan həkimlərə, hansısa dövlət strukturuna görə yox, özünü, yaxınlarını qorumağa görə maskadan istifadə etməlidir. Yaxın aylarda, bəlkə də illərlə bizim maskasız həyatımız olmayacaq.
Bir azərbaycanlı, bir həkim kimi bunu xahiş edirəm. Bunu özünüz üçün edin. Bütün Avropa, Asiya ölkələri də, xüsusi karantin rejimindən çıxmaq istəyirsə, bunu edir. Biz yumşalmaya doğru getmək istəyirik, burada heç bir çətin qayda yoxdur. Eyni zamanda fiziki məsafəyə ciddi əməl edilməlidir, əl gigiyenası, qapalı yerdə bir yerə toplaşma, bu insanların özünə ziyandır. Virus sərhəd, sosial təbəqə, yaş tanımır. Bugünkü COVİD xəstələri SARS və digər xəstəliklərdən çox fərqlənir. Virusun mutasiyası davam edir. Bugünkü xəstəlik daha ağırdır. Artıq asimptomatik xəstələr çox azdır”.