“Yaxın Şərq genişmiqyaslı münaqişə astanasındadır” –BMT-nin Baş katibi

“Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir”, – deyə dünya təşkilatının rəhbəri bildirib.

Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.