“Yaxın Şərqdə və Afrikada suverenliyə hörmət edin!”- PUTİNDƏN ÇAĞIRIŞ

“Yaxın Şərq və Afrikadakı problemləri həll edərkən region dövlətlərinin suverenliyinə hörmət etməyə və beynəlxalq hüquqi əsaslara riayət etməyə çağırırıq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Yaxın Şərq və Şimali Afrikadakı hərbi-siyasi problemlər, o cümlədən Suriya və Liviya böhranları, Yəmən və Fələstin-İsrail münaqişələri dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində və beynəlxalq hüquq əsasında həll edilməlidir”, – Putin qeyd edib.

O, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrinin dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər prosesində, beynəlxalq münasibətlərin çoxqütblü sisteminin formalaşmasında rolunun artdığını da əlavə edib.

“Rusiya ilə ərəb dövlətləri arasında tərəfdaşlıq əlaqələrinin qurulması ümumi maraqlara cavab verir və planetdə sülh və sabitliyin təmin edilməsinə uyğundur”, – Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

İsraildə parlament seçkiləri keçirilir

Sonrakı məqalə

QHT qanunvericiliyinə qrantla bağlı dəyişikliklər təklif olunub