“Liz Trasın Baş nazir postuna gəlişi ilə Rusiya və Böyük Britaniya arasında münasibətlərdə müsbət dəyişikliklər gözləmək lazım deyil”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xanım Trasın xarici işlər naziri olarkən ölkəmizlə bağlı açıqlamalarına əsasən, yüksək əminliklə deyə bilərik ki, yaxşılığa doğru heç bir dəyişiklik gözləmək olmaz”, – Peskov deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Trası bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib-etməyəcəyini bilmir. Peskov jurnalistləri bu sualı Putinin özünə verməyə dəvət edib.
Azpost.info