Yazda allergiyası kəskinləşənlər nə etməlidir? –Həkim rəyi

Fəsil dəyişikliyi zamanı bir çox mövsümü xəstəliklər baş qaldırır. Onların arasında allergiyalar da var. Ağacların çiçək açması, tozlanma nəticəsində havada uçuşan toz hissəcikləri insanlarda allergiyaya səbəb ola bilər. Yazda allergiyası kəsklinləşənlər günün birinci yarısı, xüsusilə saat 10-11 arası açıq havada gəzməməlidirlər, çünki tozlanma daha çox səhər saatlarında olur.

Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova bu barədə Azərtac-a deyib: “Allergiyanın müxtəlif növləri var. Məsələn, qida maddələrinə, hansısa dərmana, heyvanlara, yuna və toza qarşı allergiyalar olur. Bitkilər çiçək açarkən və tozlanarkən da allergiyalar yarana bilər. Bu, əsasən martın əvvəllərindən başlayaraq aprel-may aylarına qədər davam edir. Bəzən elə xəstələr olur ki, onlarda mövsümü xəstəliklər payız aylarına qədər davam edir. Həmin xəstələr adətən göz sulanması, burunda qıcıqlanma, tez-tez asqırmalar, göz, burun və qulaqlarda qaşınmalardan şikayət edirlər”.

Onun dediyinə görə, mövsümü xəstəliklərə səbəb olan bəzi allergiyaların vaxtında müalicə olunmaması hətta qış fəslində müəyyən qidalara qarşı allergik reaksiyalar yaradır: “İlk növbədə xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır. Elə ola bilər ki, müəyyən müddət keçəndən sonra həmin xəstələrdə mövsümi allergik bronxit əmələ gələ bilər. Mövsüm vaxtı onlarda öskürmə, təngnəfəslik və xışıltı ola bilər. Ona görə də belə xəstələr allerqoloqa müraciət edərək müalicə olunmalı və dərman preparatları qəbul etməməlidirlər. Yaz vaxtı imkan daxilində həmin xəstəliyi olanlar imkan qolu aşıq geyinməməlidirlər”.

Həkim-allerqoloq bildirib ki, çiçək tozcuqlarından qorunmaq üçün evə gələrkən dərhal geyimi dəyişmək, duş qəbul etmək lazımdır: “Mövsüm bitdikdən sonra isə həmin xəstəyə sınaqlar qoyularaq allergiyaya hansı çiçək və ya bitkinin səbəb olduğunu öyrənmək lazımdir. Immunoterapiya vasitəsilə həmin xəstələrin 80 faizi müalicə edilir. Müalicə olunmaqdıqda bronxit, bronxial astma, bəzən mövsüm zamanı allergik rinit olan xəstədə iki-üç il sonra allergik bronxit əmələ gəlir və sonralar astmaya qədər aparıb çıxarır”.

Yaz fəslində virus infeksiyalarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ona görə də yazda həm allergik xəstəliklərdən, həm də virus infeksiyalarından qorumaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir –

Sonrakı məqalə

Son iki həftədə Bakıda 739 şagird və 466 müəllim koronavirusa yoluxub