Yeddi ayda ölkəmizə neft və qazdan 4 milyard dollar gəlir gəlib

Bu ilin yanvar-iyul aylarında – (01.01.2024 – 01.08.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 milyard 607,7 mln. ABŞ dolları təşkil edib. 

Bu barədə Azpost.info-ya ARDNF-dən məlumat verilib.

Şahdəniz yatağından (qaz və kondensat) – (01.01.2024-01.08.2024 tarixinə) gəlir  364,465 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024-01.08.2024 tarixinə): 113,878 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Əvvəlki məqalə

Gədəbəydəki qızıl mədəni “AzerGold”un sərəncamına verilib

Sonrakı məqalə

Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlanıb