Belarus prezidenti Aleksandr Lukaşenko ölkə vətəndaşlarına çağırış edib.
Azpost.info xəbər verir ki, onun fikrincə, insanlar “dişlərini sıxıb” irəli getməlidirlər.
“Sakitlik olmasını, səhər-axşam özünüz də çimə bilməsəz, heç olmasa uşaqlarınızı ilıq suda yuyundurmağı, evinizin isti olmasını, ölkədə qaz, neft, yeməyə yemək, geyinməyə paltar olmasını istəyirsinizsə, dişinizi sıxıb irəli gedin, sizə dediklərimi edin”, – Lukaşenko deyib.
Eyni zamanda, Belarus prezidenti qeyd edib ki, 2024-cü il parlament seçkilərinə hazırlıq təkcə küçəyə çıxıb qısa ətəklərdə gül yelləmək kimi, hərəkətlərə cavab verməklə məhdudlaşmamalıdır. Əhaliyə proseslərin mahiyyəti və mövcud təhlükələr barədə məlumat verilməlidir ki, insanlar nəticə çıxara, qərar qəbul edə bilsin:
“Bilirsiniz, mən təhlükəsizlik qüvvələrinə və başqalarına göstəriş vermişəm ki, baş verənləri xalqa çatdırsınlar. Bu, çox vacib məsələdir. Hamı deyir, bu, problemdir, Lukaşenko xalqı qorxutmaq istəyir. Əksinə! Mən sizi qorxutmaq istəmirəm. Mən sadəcə istəyirəm ki, insanlar baş verən hər şeydən tam açıqlığı ilə xəbərdar olsunlar”.
Azpost.info
