Yeni gənclər və idman naziri bu gün kollektivə təqdim olunub

08 Sentyabr 2021 - 09:42

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla yeni gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov qurumun kollektivinə təqdim edilir.

“Report” xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edir.