Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Yeni qayda islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək” –

User 25 Sentyabr 2026 - 12:02
arzu naqiyev

Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə əməkhaqqı və pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti açıqlanıb.

APA-nın xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə hərbçilərimizin sosial rifahının təminatında növbəti artımların edilməsinə hədəflənən yeni islahat tədbirinə başlanır.

 

Məqsəd Müdafiə Nazirliyi hərbi qulluqçularının əməyinin ödənişi sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu olan ölkələrin təcrübəsinə uyğunlaşdırılması, əməkhaqqlarında artımların edilməsidir: “Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq. Hesablamalar göstərir ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir”.

Arzu Nağıyev qeyd edib ki, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır: “Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır. Çoxsaylı əlavələr və birdəfəlik ödənişlər ləğv ediləcək, Müdafiə Nazirliyinin hərbçilərinin əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq, xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq. Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq. Hərbçilərin əməkhaqqları ilə bağlı yeni islahat təklifi, həmçinin, pensiya təminatı üzrə tədbirləri də əhatə edir və onların sığorta kapitallarının daha çox artımına, gələcək pensiyalarının daha yüksək olmasına istiqamətlənib”. Komitə sədri qeyd edib ki, hərbçilərə şamil olunan pensiya mexanizmi daha da təkmilləşdirilir: “İslahat nəticəsində hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək. Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq. İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq. Təklif olunan yanaşma ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında bu qeyri-bərabərlik ortadan qalxacaq. Xatırladaq ki, ölkəmizdə son illərdə aparılan əməkhaqqı və pensiya islahatları hərbi qulluqçuları da əhatə edib və bu dövrdə onların əməkhaqqları və pensiyaları orta hesabla 2 dəfə artıb. Yeni qayda islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək”.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Next: Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib

Oxşar xəbərlər

fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53
yaz havasının
  • Sosial

Sabaha olan hava proqnozu

User 09 Noyabr 2026 - 12:10
herbi yurus
  • Sosial

Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

User 09 Noyabr 2026 - 11:30

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.