Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

User 25 Sentyabr 2026 - 11:37 (Last updated: 25 Sentyabr 2026 - 11:37)
ilham tacik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırladı.

Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xatırladı.

Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğuladı.

Baş nazir Azərbaycanın “ASAN xidmət” modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə etdi.

Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olundu. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirildi.

Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür etdi.

Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunuldu, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olundu. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

AzPost.az

Post navigation

Previous: Hərbçilərin maaşı 22,8 faiz artırılır –
Next: “Yeni qayda islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək” –

Oxşar xəbərlər

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.