“Yeni sanksiyalar Avropa İttifaqının özünə daha çox zərər verəcək”- ZAXAROVA

Yeni anti-Rusiya sanksiyaları bütün əvvəlkilər kimi Avropa İttifaqının özünə daha çox zərər verəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Brüsselin məhdudiyyətlərlə bağlı qərarlarının, Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünün bədəlini Aİ sakinləri ödəməli olacaq.

Zaxarova qeyd edib ki, ABŞ-ın yanlış geosiyasi hesablamalarının təzyiqi altında Avropa İttifaqı siyasi və iqtisadi çəkisini itirməkdə davam edir.

XİN rəsmisinin sözlərinə görə, Aİ-də heç də hər kəs bu cür alçaldıcı kursla razılaşmır: “Bu, daxili gərginliyin artmasına gətirib çıxarır və bütün Avropa İttifaqında çatlar yaradır. Eyni zamanda, Brüssel diktator davranışı ilə üzv ölkələrin ayrıca fikir sahibi olmaq və onların maraqlarını müdafiə etmək kimi demokratik hüquqlarını inkar etdiyini nümayiş etdirir”.

Azpost.info

Əvvəlki məqalə

Bu il Türkiyə və Azərbaycan 14 birgə hərbi təlim keçirib

Sonrakı məqalə

Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib