“Yeni SSRİ”də Tehrana yer ayrılır –Avrasiya İttifaqı İranla ticarət bölgəsi yaradır

Avrasiya İqtisadi İttifaqı ilə İran arasında sərbəst ticarət bölgəsinin yaradılmasına dair müvəqqəti sazişin qüvvəyə minməsi üçün lazımi işlər yekunlaşdırılıb.

Azpost.info bildirir ki, Avrasiya İqtisadi Komissiyasının yaydığı məlumata əsasən, bununla bağlı tərəflər arasındakı nota mübadiləsi müvafiq sazişin oktyabrın 27-dən fəaliyyətə başlayacağı deməkdir: “İranın Rusiyadakı səfiri ilə Avrasiya İqtisadi Komissiyasının rəhbərinin görüşü zamanı təqdim olunan sazişi iyun ayında İran parlamenti təsdiqləyib və prezident imzalayıb”.

Qeyd edək ki, 2018-ci il mayın 17-də Astanada imzalanmış hökumətlərarası saziş tərəflər arasında ticarəti sərbəstləşdirməklə iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutur.

Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR prezidenti maaşları 20 faiz artırdı –

Sonrakı məqalə

Elinanın ölümündə günahlandırılan direktor məhkəməyə çıxarılır –