Yeni texnoloji inqilab bunların sayəsində olacaq- Bill Qeyts AÇIQLADI

“Bir vaxtlar ofislərdə meydana çıxan kompüterlər kimi, özü idarə olunan avtomobillər də dünyanı dəyişmək potensialına malikdir”.

Azpost.info xəbər verir ki, bunu “Microsoft”un qurucusu Bill Qeyts deyib.

Qeyts “Gates Notes” bloqunda pilotsuz nəqliyyat vasitələrinin bəşəriyyətə necə təsir edəcəyi barədə məqalə dərc edib.

İş adamı qeyd edib ki, həmişə avtomobil sürməyi çox sevib, lakin avtomobil idarəsinin süni intellektə keçəcəyi günü səbirsizliklə gözləyir.

“İnanıram ki, növbəti onillikdə biz son nöqtəyə çatacağıq. Bu baş verdikdə, kompüter ofis işini dəyişdirdiyi kimi, özü idarə olunan avtomobillər də nəqliyyatı kəskin şəkildə dəyişəcək”, – o yazır.

Qeytsin sözlərinə görə, bəşəriyyət pilotsuz idarəetmə texnologiyasında əhəmiyyətli irəliləyiş əldə edib və onların inkişafının növbəti mərhələsi sürücünün əllərini sükandan çəkməsi və sistemin müəyyən şəraitdə avtomobili idarə etməsinə icazə verməsi imkanları olacaq.

“Şirkətlər özü idarə olunan avtomobillərin dizaynına yanaşmada da fərqlənirlər. Onların bəziləri pilotsuz nəqliyyat vasitələrinin hazırlanması və ya müasir avtomobillərdə bəzi funksiyaların robotlara ötürülməsi ilə məşğuldur. Digərləri yolda insan kimi hərəkət edə bilən və tanış olmayan yerləri gəzə bilən, öz-özünə öyrənən süni intellekt yaratmağa diqqət yetirir. Əksər özü idarə edən avtomobillər isə yalnız yaddaşlarına yüklənmiş xəritələri idarə edə bilirlər”, – Qeyts əlavə edib.

Azpost.info

 

Əvvəlki məqalə

Xalq artisti Valeh Kərimov Mingəçevir teatrına quruluşçu rejissor təyin olunub

Sonrakı məqalə

“The Wall Street Journal” Rusiyada saxlanılan müxbiri ilə bağlı açıqlama yayıb