1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya vakant yerlər elan edilib.
“Report” xəbər verir ki, maraqlanan namizədlər CV-lərini iyulun 1-dək [email protected] ünvanına “Modul xəstəxana” başlığı ilə göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq. Əməkhaqqı barədə müsahibədə məlumat veriləcək.
Vakant yerlər aşağıdakılardır:
Qəbul şöbəsi:
Həkim – 1 yer
Tibb bacısı – 1 yer
Tibbi heyət:
Reanimatoloq – 3 yer
Terapevt – 11 yer
Pulmonoloq – 2 yer
İnfeksionist – 4 yer
Nefroloq – 1 yer
Kardioloq – 1 yer
Epidemioloq – 1 yer
Tibb bacısı (qardaşı) – 60 yer
Kiçik tibb bacısı (qardaşı) – 30 yer
Laborant – 6 yer
Aptek (provizor) – 1 yer
Qeyri-tibbi heyət:
Mühafizə – 4 yer
Porter – 2 yer
Sürücü – 1 yer
Elektrik – 1 yer
Qazanxana işçisi – 2 yer
Qeydiyyatçı – 5 yer
Kompyuter operatoru – 2 yer
Fəhlə – 2 yer
Anbar -1 yer
Biomedikal – 1 yer
Texnik – 1 yer