“Yeni Zelandiya Ukraynadakı xüsusi əməliyyatla əlaqədar Çeçenistan lideri Ramzan Kadırov da daxil olmaqla 19 Rusiya vətəndaşını sanksiya siyahısına daxil edib”.
Azpost.info xəbər verir ki, bunu Yeni Zelandiya xarici işlər naziri Nanaia Mahuta deyib.
“Ukrayna açıq şəkildə bildirir ki, ona kömək etmək üçün görə biləcəyimiz ən mühüm tədbir sanksiyaları davam etdirmək və Kiyevə dəstək verməkdir”, – nazir bildirib.
O əlavə edib ki, Kadırovla yanaşı, sanksiyalar siyahısına federal nazirlər, Rusiya Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri və Rusiya prezidentinin qohumları da daxil edilib.
Azpost.info
