Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Bu gün Yer kürəsinin 2 milyon kilometr yaxınlığından “2001 FO32” asteroidi keçəcək.

RİA Novosti xəbər verir, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsi (NASA) məlumat yayıb.

Məlumatda asteroidin planetimizlə toqquşma təhlükəsinin olmadığı qeyd olunur. Buna baxmayaraq, astronomlar Yerdən bu məsafəni yaxın hesab edirlər, buna görə də FO32 potensial təhlükəli asteroid adlandırılır.

Diametri 440-680 metr arasında olduğu qeyd edilən bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci ildə Yerin yaxınlığından keçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Tayqada istirahətdədir –

Sonrakı məqalə

Bu gündən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır