Yerevanda Qriboyedovun abidəsi təhqir edildi –

FOTO
03 Dekabr 2019 - 10:26

Erməni radikal Şant Arutunyanın oğlu Şaqen Arutunyan Yerevanda Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun abidəsini təhqir edib.

RİA Novosti”nin verdiyi məlumata görə, Ş.Arytunyan təhqir etdiyi abidənin fotosunu öz “Facebook” hesabında paylaşıb.

Erməni radikalın oğlu fotonun altından yazıb: “Mən Rusiya İmperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini Njdenin lövhəsinin boyadılmasına cavab olaraq qırmızı rəngə boyadım”.