Yerevanda silahlı insident:naməlum şəxs biznes mərkəzində atəş açıb

Ermənistanın paytaxtı Yerevanın mərkəzindəki “Erebuni” biznes mərkəzində naməlum şəxs atəş açıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda mərkəz polis tərəfindən mühasirəyə alınıb, mərkəzə giriş-çıxış yasaqlanıb.

Olay yerinə Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da gəlib. Polis atəş açan şəxsi neytrallaşdırmağa çalışır.

Qeyd edək ki, bu biznes mərkəzində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ofisi də var. KİV atışmanın keçmiş dövlət başçısının tərəfdarlarına qarşı yönəldilə biləcəyini istisna etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xomeyninin 40 il əvvəl dünyanı şoka salan məşhur MÜSAHİBƏSİ:

Sonrakı məqalə

Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı