Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Yerindən duran qiymətləndirici kimi fəaliyyət göstərir” –

User 25 Oktyabr 2023 - 09:10 (Last updated: 21 May 2025 - 20:15)
biznes02
Milli Məclis “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun layihəsini birinci oxunuşda qəbul edib. Bütövlülkdə bu sahənin əməli tənzimlənməsi cəhdi təqdirəlayiqdir.
Çünki hazırda qüvvədə olan eyni adlı Qanun heç nəyi tənzimləmir. Hər yerindən duran qiymətləndirici kimi fəaliyyət göstərir, istədiyi rəyi və qiyməti verir. Bəzən görürsən ki, eyni əmlaka fərqli qiymətləndiricilər tərəfindən verilmiş qiymətlər arasında dəfələrlə fərq olur. Niyə? Ona görə ki, burada korrupsiya çiçəklənir. Qiymətləndirici xidmət haqqına əlavə olaraq rüşvət alaraq müştəriyə lazım olan qiyməti verir. O cümlədən məhkəmə prosesləri və vergi orqanları ilə çəkişmələr əsnasında bütün bunlar xeyli problemə səbəbdir.
Təqdim olunmuş Qanun layihəsinə görə bütün qiymətləndiricilər Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. Palata qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsi olacaq. Vəkillər Kollegiyası və Mediasiya Şurası kimi. Əslində, bu qurumların publik hüquqi şəxs statusuna malik olması daha məqsədəuyğun olardı. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan təşkilatdır. Qiymətləndiricilər Palatasını da dövlət yaradır. İctimai birlik deyil, çünki orada üzvlük məcburidir və sözügedən sahədə digər analoji təşkilat yaradıla bilməz.
Beləliklə, Qiymətləndiricilər Palatası faktiki olaraq inhisarçı olacaq. Qarşıya qoyulan məqsəd baxımdan bunun özü problem deyil. Əsas odur ki, qiymətləndiricilərin fəaliyyətində qayda-qanun olacaq, onlar özbaşınalıq edə bilməyəcək, etdikdə məsuliyyətə cəlb olunacaq və s. və i.a.
Amma məhz belə olacaqmı?
Təhlükə var ki, Palata müəyyən qiymətləndiricilər qrupunun əlinə keçə bilər. Bu halda onlar mənfi mənada inhisarçı olacaq: rəqiblərini bazardan çıxarmağa çalışacaqlar, onların (dövlət qurumlarından gələn sifarişin) dediyi ilə oturub-durmayan (məsələn, obyektiv deyil, onlara lazım olan qiymət haqda rəy vermədikdə) qiymətləndiriləcli cəzalandıracaqlar və s. Bunun baş verməməsi üçün Palata real olaraq fəaliyyətini özünüidarəetmə prinsipi əsasında qurmalıdır. Orada demokratiya olmalıdır.
Məsələn, layihənin 20.1-ci maddəsinə əsasən Palatanın 9 üzvdən ibarət olan Rəyasət Heyəti Palatanın üzvlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə 5 il müddətinə seçililəcək. Əlbəttə, bəzən açıq səsvermə yolu ilə də seçilən rəhbərlik demokratik olur. Amma əksər hallarda avtoritarlığa meylli olur. Əksəriyyət açıq səsvermə zamanı həqiqi iradəsini ifadə etməkdən çəkinir. Buna görə də səsvermə formal prosedura çevrilir: hamı bir nəfər kimi bütün qərarların “lehinə” səs verir.
Bu cür peşə birliyi xarakterli qurumlarda bunun ehtimalı daha yüksəkdir. Çünki fərqli cür səs verən sözün əsl mənasında çörəyindən məhrum ola bilər: onu hansısa bəhanə ilə təşkilatdan qova bilərlər. Buna görə də səsvermənin mütləq olaraq gizli olması lazımdır ki, hansısa qiymətləndiricilər qrupu (və ya konkret şəxs) qiymətləndirmə bazarında at oynatmasın.
Əkrəm HƏSƏNOV 
Ekspert

Post navigation

Previous: ABŞ-ın F-16 qırıcıları Fələstin zonasına gəlib
Next: Gəncədə 4 aylıq körpə və 3 yaşlı uşaq küçəyə atılıb –

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Axşam yeməyi yuxunun keyfiyyətinə, həzm sisteminin fəaliyyətinə, gecə ərzində orqanizmdə gedən bərpa proseslərinə və səhər iştahasına təsir...
Read more about Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.