“Yetiməm, bədənim qəlpədir, fəhləlik edirəm, Qazi statusu vermirlər” –Göyçaylı müharibə iştirakçısı müraciət etdi

Vətən Müharibəsi iştirakçısı olan 22 yaşlı Mehdi Bağıyev qazi statusu ala bilmədiyi üçün müraciət edib. 
Azpost.info bildirir ki, Göyçay rayonunda yaşayan Mehdi Bağıyev müraciətində bildirir ki, 2020-ci ildə Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak edib.  Daşaltı kəndində yaralanıb.
“Müxtəlif hospitallarda yatmışam. Cəbrayıl, “Papanin”də hərbi hospitalda müalicə almışam. Xəstəliklə bağlı bütün lazımi sənədlərim var. Buna baxmayaraq nə qazilik statusu, nə də veteran pulu ala bilmirəm. Müraciət etdiyim zaman hərə məni bir tərəfə göndərir. Cənab prezident, xahiş edirəm mənə kömək edin!”-deyə gənc müraciətində bildirib.
Mehdi Bağıyev deyib ki, bədənində çoxsaylı qəlpələr var, bir qolu işləmir. Bu da ona fəhlə işləyərkən çətinlik yaradır.
“Kasıb, yetim oğlanam. Heç kimim yoxdur. Fəhlə işləyirəm. Amma bir qolum işləmir deyə əziyyət çəkirəm”.
Ümid edirik ki, Göyçay rayon icra hakimiyyətində bu qəhrəman oğlumuzun müraciətini eşidəcəklər.
Azpost.info
Əvvəlki məqalə

“Xəyal qurmuram, əsas evə çörəkpulu aparmaqdır” –

Sonrakı məqalə

Sabirabad sakini keçmiş arvadının yaşadığı evə hucum etdi