Səbail Rayon Məhkəməsində Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. (APA)