Yol Polisi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib. 

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, sürücülər paytaxtda dumanlı hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.

V. Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır: “Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə edirik. Yaxşı olar ki, sürücülər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dəmir yolunun siması necə dəyişdi?  –

Sonrakı məqalə

Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb