Yol polisi sürücülərə müraciət etdi- "Eurohome"dakı yanğınla bağlı

Bakı şəhər Baş Polis İdarəsi “Eurohome” Ticarət Mərkəzində baş verən yanğınla bağlı sürücülərə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur: “Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.

Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin. Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.

Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.

V.Əsədov əlavə edib ki, hazırda Bakıdan Sumqayıt istiqamətində hərəkət edənlər Biləcəri qəsəbə dairəsindən keçməklə Ekologiya postundan sağa, körpü üzərindən, eyni zamanda həmin körpü vasitəsilə Biləcəri qəsəbəsi daxilindən Bakı-Binəqədi yolundan istifadə etdiyi üçün Şamaxı istiqamətində nəqliyyat sıxlığı yaranıb:

“Tıxacın qarşısının alınması üçün sürücülər digər alternativ yollardan istifadə etsinlər. Biləcəri istiqamətində hərəkət edənlər isə Bakı-Binəqədi yoluna üstünlük versinlər. Həmçinin Sumqayıtdan Bakıya gələnlər üçün “VAZ” və Xırdalan dairəsi kimi tanınan ərazidən hərəkət Abşeron rayonu daxilinə, yaxud yeni Dairəvi yolla Novxanı istiqamətinə dəyişdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir”

Sonrakı məqalə

Böyük Quruluş Partiyası da seçkiyə gedir