Böyük Quruluş Partiyası da seçkiyə gedir- Ali Məclis qərar verdi

Bu gün Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin iclası keçirilib

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixinə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsədə uyğunluğu haqqında qərar qəbul edilib.

Ali Məclis üzvləri partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanın 26 saylı Sabunçu I Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüblər.

Məclisdə, həmçinin, 65 seçki dairəsindən deputalığa namizədlər müəyyən edilib.

Bununla yanaşı, partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir