Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib

Yol polisini təhqir edən taksi sürücüsü həbs edilib.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Fəxrəddin Nəsirov barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə taksi sürücüsünün yol polisi əməkdaşını təhqir etməsini özündə əks etdirən görüntülər yayılıb.

Bu gün polis əməkdaşını təhqir edən Fəxrəddin Nəsirovun video müraciəti yayılıb. O, video müraciətdə polis əməkdaşlarından üzr istəyib. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramiz Mehdiyev, Ramil Usubov və Fuad Ələsgərov Belarusun dövlət katibi ilə görüşüb –

Sonrakı məqalə

“Fotoxronika”-