“Youtube”-a yüklənən ilk video bu olub –

VİDEO
22 Sentyabr 2021 - 22:36

23 aprel 2005-ci ildə YouTube ilk video yüklənib. 

Azpost.info bildirir ki, 19 saniyəlik bu videonu YouTube-nin təsisçilərindən olan Cavid Kərim yükləyib.

“Zooparkda” adlanan bu video 186 milyon baxş toplayıb. Kanala abunə sayı 2,21 milyondur.

Bu, həmçinin Kərimin kanalında olan yeganə videodur. Videorolikin yüklənməsindən bir il sonra YouTube Google-yə 1,65 milyard dollara satılıb.

Hazırda YouTube platformasının 2 milyard istifadəçisi var.