Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi tərəfindən Neftçala rayonunda həyata keçirilən “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsinin yekun tədbiri keçirilib.
Layihə çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər iştirakçıların bərpaolunan enerji mənbələri, yaşıl enerji və ətraf mühitin mühafizəsi ilə bağlı bilik və məlumatlılığının artırılmasına yönəlib.
Yekun tədbir çərçivəsində layihənin nəticələri qiymətləndirilib, iştirakçılara görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib. Layihə çərçivəsində təşkil olunmuş tədris səfəri, həmçinin Ekokluba üzv olmaq üçün müraciət edən iştirakçılara vəsiqələrin təqdim edilməsi və layihə iştirakçılarının sertifikatlarla təltif olunması yekun tədbirin əsas hissələrini təşkil edib.
Tədbir zamanı Ekoklubun fəaliyyətinin davamlılığının təmin edilməsi, üzvlərin ekoloji maarifləndirmə işlərində fəal iştirakı və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi ilə bağlı iştirakçılara müvafiq tövsiyələr verilib.
Layihənin həyata keçirilməsi nəticəsində iştirakçıların yaşıl enerji və ekoloji məsuliyyətlə bağlı biliklərinin artırılması, ekoloji təşəbbüslərdə iştirak imkanlarının genişləndirilməsi və bu istiqamətdə yerli səviyyədə maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsi üçün zəmin yaradılıb.
“Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
