“YPG 750 İŞİD-çini həbsdən azad edib” –Ərdoğan açıqladı

“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib”.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.

Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub.

Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır.

“Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”, – deyə Ərdoğan qeyd edib.

O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL-ın Naxçıvana uçuşlara görə düşdüyü zərər dövlət büdcəsindən ödəniləcək

Sonrakı məqalə

40 şəhər və rayona büdcədən dotasiya ayrılmayacaq –