AZAL-ın Naxçıvana uçuşlara görə düşdüyü zərər dövlət büdcəsindən ödəniləcək

Nəqliyyat və rabitə xərcləri üçün 2020-ci il dövlət büdcəsindən 302,7 milyon manat vəsait proqnozlaşdırılır.

Bu barədə  məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Həmin məbləğdən (subsidiya və nizamnamə kapitalının artırılması) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün 10 milyon manat (Naxçıvan Muxtar Respublikasına edilən aviaeyslərə görə yaranmış zərərin ödənilməsi ilə bağlı xərclər), “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üçün 40 milyon manat, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti üçün 28 milyon manat, dövlət orqanlarına proqram təminatının alınması ilə bağlı xərclər üçün 40,5 milyon manat, dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər üçün 52,7 milyon manat və digər tədbirlərlə bağlı xərclər üçün 65,5 milyon manat vəsait nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan məzənnəsi

Sonrakı məqalə

“YPG 750 İŞİD-çini həbsdən azad edib” –