YPG/PYD terror təşkilatı Türkiyə sərhədindən çəkilməyi qəbul edib

27 Oktyabr 2019 - 17:24

Əsasını PKK terror təşkilatının Suriya qolu YPG/PYD təşkil edən Suriya Demokratik Qüvvələri Soçi razılaşmasının şərtlərini tamamilə qəbul etdiyini və Türkiyə sərhədindən çəkilməyə başladıqlarını bəyan edib.

TASS-ın verdiyi məlumata görə, bəyanatda YPG/PYD terrorçularının bu barədə qərarı Rusiya tərəfi ilə intensiv müzakirələrdən sonra qəbul etdikləri qeyd olunub.

Bəyanatda bildirilib ki, Rusiya tərəfinə müraciət olunub və rəsmi Dəməşq ilə konstruktiv dialoqun qurulmasının təmin olunması istənilib.