“Yunanıstan Egey dənizindəki ərazi suları ilə bağlı suveren hüquqlarında Türkiyəyə güzəştə getməyəcək”.
Azpost.info xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi İoannis İkonomu deyib.
Brifinqdə ondan Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalının Yunanıstanla bağlı son açıqlamalarına münasibət bildirməsi istənilib. “Yunanıstan hökuməti beynəlxalq hüquq əsasında və milli maraqlarımızı əsas götürərək hərəkət edir” deyən İkonomun cavabı belə olub:
“Ölkəmiz sabitliyə can atan, lakin öz suveren hüquqları və milli suverenliyi baxımından güzəştə getməyən güclü dövlətdir. Hədəyə ehtiyac yoxdur. Yunanıstan qorxudulmasına imkan verməyən ölkədir”.
Azpost.info