Yunanıstanda güclü zəlzələ olub

12 Mart 2021 - 17:36

Yunanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Afina Milli Observatoriyasının Geodinamika İnstitutu məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 14.57-də Mərkəzi Yunanıstanda, Fessaliya rayonunda qeydə alınıb. 

Dağıntılar və insan itkisi barədə məlumat verilməyib.