“Zəlzələ Naxçıvan Muxtar Respublikasında heç bir dağıntıya səbəb olmayıb”.
Bu barədə APA-nın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.