“Zəlzələ zamanı insan tələfatı və hər hansı hadisə qeydə alınmayıb” –

DİN
20 Noyabr 2021 - 20:39

Bu gün baş verən zəlzələ nəticəsində dağıntı və insan tələfatı və xəsarətlə nəticələnən hadisə baş verməyib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hər hansı hadisə qeydə alınmayıb.