“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” –XİN başçısı Mirzoyan

“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur”.

“Sputnik Armenia”nın məlumatına görə, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlaması zamanı deyib.

O, kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Ermənistan XİN başçısı vurğulayıb ki, kommunikasiyaların açılmasına dair danışıqlarda Azərbaycanla müəyyən irəliləyiş var, lakin yekun nəticələr barədə danışmaq hələ tezdir.

Mirzoyan deyib ki, Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur.

“Kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır”, – deyə Mirzoyan əlavə edib.

Əvvəlki məqalə

Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın söndürülüb

Sonrakı məqalə

Kadırovun həlak olduğu deyilən”sağ əli” paylaşım etdi, “sağ-salamatam” yazdı