“Azərbaycanın apardığı neft-qaz strategiyası, beynəlxalq nəqliyyat kommunikasiyaları bölgəni ölkəmizə elə bağlayıb ki, bizsiz burada hər hansı prosesin baş verməsi mümkün deyil”.
Azpost.info bildirir ki, bu sözləri deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev dünyadakı Amerika siyasəti haqqında “Speys” TV-nin efirində danışarkən bildirib.
Deputat vurğulayıb ki, 44 günlük müharibə Azərbaycanın dünyada geosiyasi əhəmiyyətini yüksəldib və yeni paradiqmalar yaradıb. “Sözü gedən Zəngəzur dəhlizi qısa olmağına baxmayaraq dünyanı birləşdirən dəhlizdir. Buna təkcə Naxçıvanı birləşdirən dəhliz kimi baxmaq olmaz, bu dəhliz beynəlxalq logistikanın yeni istiqaməti kimi çox mühüm məsələdir”.
C.Feyziyev bildirib ki, Rusiya prezidenti Putinlə ABŞ prezidenti Baydenin görüşü dünyada nizam yaratmağa istiqamətlənmiş görüş idi. “Son on ildə bu iki ölkə arasında gərginləşmə davam edirdi. Bu görüşdə çoxlu məsələ müzakirə edilib”.
Müzakirəni videodan izləyə bilərsiniz: