Zəngəzurda erməni hərbçilər bir-birilərini güllələyib –

3 ölü
19 Avqust 2021 - 12:19

Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Zəngəzur bölgəsindəki hərbi hissədə meyitləri tapılan hərbçilər bir-birini güllələyib. 

Onlardan Murad Muradyan adlı hərbi qulluqçunun digər iki hərbçini güllələdiyi qeyd olunur.

Murad Muradyanın hansı şəraitdə ölməsi barədə isə məlumat verilmir.

Qeyd edək ki, Ermənistanın cənub-şərqində (Zəngəzur) yerləşən hərbi hissələrdən birinin döyüş postunda güllə yarası almış üç erməni hərbçinin meyiti tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 19 avqust 02:15 radələrində meyitləri tapılan hərbçilər Murad Muradyan (2002), Levon Arutyunyan (2002) və Qor Saakyan (2002) olub.